Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında “Azərbaycanlılar Rusiyada: biznes, mədəniyyət, xeyriyyəçilik” adlı tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Rusiya hamı üçün” layihəsi çərçivəsində RİA “Novosti” informasiya agentliyində keçirilən tədbirdə Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin direktoru, Moskva Dövlət Universitetinin (
Tədbirdə çıxış edənlər Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətindən, azərbaycanlıların Rusiya mədəniyyətinin inkişafında rolundan və iki ölkə arasında olan iqtisadi əlaqələrdən danışıblar.
Tarixçi-alim İ. Ağakişiyev Rusiya ilə Azərbaycanın əsrlər boyu bir-birinə bağlayan ortaq tarixinin olduğunu söyləyib: “Bu tarixi bağlılıq əvvəl Rusiya imperiyası, daha sonra SSRİ dövrünü əhatə edib. Daha sonra isə Azərbaycan və Rusiya iki müstəqil ölkə kimi qarşılıqlı münasibətlər qurublar. Bu gün iki ölkə arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq hökm sürür. Digər Qafqaz xalqlarından fərqli olaraq, azərbaycanlılar Rusiya ərazisində daha sonralar məskunlaşmağa başlayıblar. Hal-hazırda Rusiya ərazisində 100 minlərlə azərbaycanlı yaşayır. Rusiyada ən böyük diasporlardan biri də Azərbaycan diasporudur. Eyni ilə Azərbaycanda da ruslar yaşayır. Ermənistanda 3 min rus yaşayırsa, bu rəqəm Azərbaycanda 150 min nəfərdir. Azərbaycanda rus dilli məktəblər, ali məktəblərin rus bölmələri və rus dilində qəzetlər fəaliyyət göstərir. Digər Qafqaz ölkələrində isə vəziyyət bu cür deyildir. Bu Azərbaycanda rus dilinə hörmətin və diqqətin göstəricisidir”.
İ. Ağakişiyev Rusiya universitetlərində hal-hazırda Azərbaycan tarixinin tədris olunduğunu söyləyib: “Əvvəllər Azərbaycan tarixi tədris olunmurdu. Tələbələr bu haqda biliyə malik deyildilər. İndi isə Rusiya Dövlət Humanitar Universitetində tarix fakültəsində Azərbaycan tarixi tədris olunur. Rusiyalı tələbələr Azərbaycanın mədəniyyəti və tarixi ilə yaxından tanış olublar. Rusiyadakı Azərbaycan diasporu tariximiz və mədəniyyətimizin təbliğində çox böyük işlər görür”. Tarixçi-alim azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya olunmasında diaspor təşkilatlarının da mühüm rol oynadığını söyləyib: “Rusiyadakı Azərbaycan diasporunun əsas vəzifəsi Azərbaycanın maraqlarını Rusiyada, Rusiyanın maraqlarını isə Azərbaycanda təbliğ etməkdir”.
RAGT sədrinin müavini Emin Hacıyev Rusiyada yaşayan azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasından, onların ölkənin ictimai həyatında fəaliyyətindən danışıb: “2007-ci ildə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı yaradıldı. Təşkilatın yaradılmasında məqsəd Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkənin ictimai həyatına təsirini artırmaq və cəmiyyətə inteqrasiya olunmasına kömək etməkdir. Bu gün Rusiyada yaşayan gənclər özlərini öz evlərində olduğu kimi hiss edir. Onlar bu ölkənin ictimai həyatında yaxından iştirak edirlər. RAGT təşkilat olaraq iki ölkənin gənclərinin bir-biri ilə fikir mübadiləsi aparmasına şərait yaradan tədbirlər keçirir. Rusiyanın 70-dən çox regionunda təşkilatın nümayəndəliyi fəaliyyət göstərir”.