Bank Of Baku

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin geniş tərkibli iclası keçirilib

Moskvada Ümumrusiya Azərbaycan Konqresinin geniş tərkibli iclası keçirilib
# 24 dekabr 2012 12:17 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) geniş tərkibli iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Bakı” kinoteatrında keçirilən iclasda ÜAK-ın regional və yerli bölmələrinin rəhbərləri, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev və ÜAK-ın Rəyasət Heyətinin üzvləri  iştirak ediblər.

 

ÜAK icra aparatının rəhbəri Nemət Nağdəliyev təşkilatın bu ilə yekun vurduğunu və növbəti il üçün təşkilatın qarşısına qoyduğu tapşırıqların müəyyənləşdiyini söyləyib.

 

İclasa əsas müzakirə mövzusu ÜAK-ın regional bölmələrinin fəaliyyətinin gücləndirilməsi olub. Təşkilat nümayəndələri regionların iqtisadi və mədəni həyatında soydaşlarımızın fəal iştirakına ehtiyac olduğunu söyləyiblər.

 

İclasın sonunda ÜAK İcra Aparatının rəhbəri Nemət Nağdəliyev və təşkilatın Moskva bölməsinin rəhbəri İlqar Hacıyev bir neçə diaspor fəalına aktiv fəaliyyətlərinə görə təşəkkürnamə təqdim ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR