Bank Of Baku

Nazim İbrahimov: “Biz artıq özümüzü müdafiə etməkdən çox, hücum taktikasına keçməliyik” - FOTO

Nazim İbrahimov: “Biz artıq özümüzü müdafiə etməkdən çox, hücum taktikasına keçməliyik”   - <span style="color: red;">FOTO
# 28 dekabr 2012 10:45 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. “İnformasiya texnologiyalarının, telekommunikasiya əlaqələrinin gücləndiyi bir vaxtda bu amildən diaspor əlaqələrinin daha da sürətləndirilməsində istifadə etmək lazımdır. Bu, gələcəkdə diaspor təşkilatları arasında əlaqələrin daha da sıx qurulmasına təkan verəcək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, hazırda Azərbaycanın diaspora sahəsindəki təcrübəsindən dünyanın bir sıra dövlətləri model kimi istifadə edirlər və bunu gizlətmirlər.

 

N. İbrahimov qeyd edib ki, yanvar ayında Bakıda türkdilli dövlətlərin diaspor qurumlarının toplantısı keçiriləcək və bu, onu göstərir ki, bir sıra ölkələr Bakının xətti ilə burada toplantı keçirməkdə maraqlıdırlar: “Bu da Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzdan, iqtisadi yüksəlişdən, siyasi aləmdə qazandığı nailiyyətlərdən irəli gəlir”.

 

Dünya Azərbaycanlarının Həmrəyliyi Günü ərəfəsində olduğumuzu xatırladan komitə sədrinin sözlərinə görə, dövlət başçısı diaspor işinə, dünya azərbaycanlılarının həmrəyliyi işinə xüsusi diqqət yetirir: “Son illərdə diaspor təşkilatları daha çox irəliləyişlər əldə ediblər və daha sıx həmrəyliyik nümayiş etdirirlər. Biz artıq özümüzü qorumaqdan, müdafiə etməkdən çox, hücum taktikasına keçməliyik. Bizimiz işimiz haqq işidir, səsimiz haqq səsidir. Torpaqlarımızın 20 faizi işğal olunub. Azərbaycan dünyaya haqq səsini çatdırmaq üçün diasporun qüvvəsindən istifadə etməlidir. Hər bir diasporun da işidir ki, Azərbaycanın yanında olsun”.

 

Qeyd edək ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, diaspor təşkilatlarının üzvləri Heydər Əliyevin və Zərifə Əliyevanın Fəxri Xiyabanda məzarlarını ziyarət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR