Bank Of Baku

Nazim İbrahimov: “Bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir”

Nazim İbrahimov: “Bu gün türk dünyası ciddi bir reallıq kimi qəbul edilir”
# 21 iyun 2013 09:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən I Forumunda çıxışında deyib.

 

N. İbrahimov türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər, görülən işlər barədə məlumat verib: “Bu gün dünyanın müxtəlif ölkələrində türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və bizə qüvvələrimizi birləşdirib, xalqlarımızın maraqları naminə birgə fəaliyyət göstərmək imkanı verir”.

 

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanlanmış məktubunu oxuyub. Məktubda qeyd olunub ki, fərqli coğrafiyalarda yaşayan türkdilli xalqlar və onları təmsil edən dövlətlər bu gün dünyada sülhün qorunmasına öz töhfələrini verir: “Qloballaşan dünyanın tələbləri türkdilli ölkələri birgə fəaliyyətə sövq edir. Bakıda keçirilən forum türkdilli ölkələrin maraqlarına xidmət edən diasporun formalaşmasına xidmət edəcək”.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun isə Türkiyə prezidenti Abdulla Gülün forum iştirakçılarına məktubunu oxuyub. A. Gül məktubunda bildirib tarixdə yaşanan bəzi olaylardan türk xalqına qarşı istifadə edənlərə imkan verilməyəcək.

 

Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məktubu oxunub.

 

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri Kamal Yurtnaç isə baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakçılara salamlarını çatdırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR