Bank Of Baku

Nazim İbrahimov müxalif mövqedən çıxış edən diaspor təşkilatlarına çağırış edib

Nazim İbrahimov müxalif mövqedən çıxış edən diaspor təşkilatlarına çağırış edib
# 24 yanvar 2013 12:46 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov xaricdə fəaliyyət göstərən, müxalif mövqedən çıxış edən diaspora təşkilatlarına çağırış edib. APA-nın məlumatına görə, belə təşkilatlara xəbərdarlıq edən Komitə sədri bildirib ki, fəaliyyətlərindən və kimliklərindən asılı olmayaraq heç bir təşkilat heç vaxt Azərbaycana hakimiyyətinə, dövlətinə heç bir təsiri göstərə, ziyan vura bilməyəcək.

 

Komitə sədri xaricdən müxalif çağırışlar edən həmin diaspora təşkilatlarına cavab olaraq deyib ki, Azərbaycanda kifayət qədər demokratik mühit var: “Xaricdə Azərbaycanın imicinə zərər vurmaq, ölkədə gedən proseslərə kölgə salmaq düşmənə xidmət etmək kimi bir şeydir. Biz bunun qarşısını almışıq və bundan sonra də alacağıq”.

 

Nazim İbrahimov bildirib ki, bu cür çağırışlar edən bəzi diaspor təşkilatlarına mövcud vəziyyəti izah olunub və əməkdaşlıq artıq bərpa edilib: “Onların bir qismi 1992-93-cü illərdə, bir qismi isə son vaxtlar siyasi baxışlarına görə ölkəni tərk edib gedənlərdir. Biz onların bir çoxuna nəyisə izah etməklə, başa salmaqla dövlətçiliyə xidmət istiqamətində əməkdaşlığımızı qurmuşuq. Hazırda belə təşkilatlar Azərbaycan dövlətçiliyinə xaricdən yüksək səviyyədə dəstək nümayiş etdirirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR