Bank Of Baku

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Tarja Halonenin rəhbəri olduğu Qlobal İnkişaf Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Tarja Halonenin rəhbəri olduğu Qlobal İnkişaf Fondu arasında əməkdaşlıq sazişi imzalanıb
# 16 sentyabr 2013 07:40 (UTC +04:00)

Bakı – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun 12-13 Sentyabr Stockholmda Açıq Cəmiyyət Forumu 2014-ə hazırlıq məqsədi daşıyan İşçi qrupun toplantısı çərçivəsində Finlandiyanın 2000-2012-ci illərdə prezidenti olmuş xanım Tarja Halonenin rəhbərlik etdiyi Qlobal İnkişaf Fondu ilə Əməkdaşlıq Sazişi imzalanıb.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, hər iki təşkilat “Minilliyin İnkişafı - 2015” proqramına töhfə vermək, BMT-nin prinsip və dəyərləri çərçivəsində ölkədaxili, regional və qlobal səviyyədə davamlı inkişafın və xalqlar, ölkələr arasında dialoq, sülhün, tolerantlığın təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR