Bank Of Baku

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri Madrid Klubunun növbəti prezidenti seçilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri Madrid Klubunun növbəti prezidenti seçilib
# 07 dekabr 2013 07:04 (UTC +04:00)

Bakı-APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin dəstəyi ilə Avstraliyanın Brisbane şəhərində keçirilən Madrid Klubunun XII Baş Assambleyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga Madrid Klubunun növbəti prezidenti seçilib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, Baş Assambleyadan sonra baş tutan açılış mərasimində Mərkəz adından çıxış edən həmsədr, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Nizami Gəncəvi Mərkəzi ilə Madrid klubunun reallaşdırdığı layihənin təkcə Cənubi Qafqaz regionu üçün deyil, o cümlədən bütün dünya üçün tolerantlıq, dialoq və anlaşmanın təbliğ olunmasına yardım edəcək bir qlobal platformanın yaranmasının əsası olduğunu deyib.

Qeyd olunub ki, Avstraliyada keçirilən Forumda Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Hollandiyanın sabiq baş naziri Vim Kok, Yeni Zelandiyanın sabiq baş naziri Jennifer M. Şipley olmaqla 40-a yaxın sabiq ölkə və hökumət rəhbərləri iştirak edib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR