Bank Of Baku

Norveçdə azərbaycanlı musiqiçilər konsert keçirib

Norveçdə azərbaycanlı musiqiçilər konsert keçirib
# 14 noyabr 2012 00:47 (UTC +04:00)

 

 

 

Bakı. Könül Cəfərli - APA. Norveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilatçılığı ilə Oslo şəhərində azərbaycanlı musiqiçilərin konserti keçirilib.

 

Bu barədə APA-ya mərkəzin idarə heyətinin üzvü, Osloda yaşayan soydaşımız Şahin Xiyavlı açıqlama verib. O bildirib ki, konsertin məqsədi vətəndən uzaqda  Azərbaycan milli mədəniyyətini yaşatmaq və Oslo cəmiyyətində təbliğ etməkdir: “Konsertdən öncə Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələ nəticəsində ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Daha sonra Türkiyədə yaşayan azərbaycanlı sənətçi Cavid Təbrizli və onun ansamblı, eləcə də Osloda yaşayan tanınmış azərbaycanlı aşıq Cəfər Cəfərzadə çıxış edib. Bir-brindən gözəl xalq mahnılarımızı ifa edən C. Təbrizli tamaşaçılara xoş ovqat yaşadıb. Bir növ Osloda Azərbaycan rüzgarı əsib”.

 

Ş. Xiyavlı əlavə edib ki, konsertin ikinci hissəsində tamaşaçılara “Azərbaycan Evi”nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib: “Həmçinin mərkəzin bu ilin sonuna qədər planlaşdırdığı təbdirlər haqqında da danışdıq. Belə tədbirlərdən biri də 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı olacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR