ASAIF-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edir.
UAGB-nin sədri Anar Tahirov forumun açılışında bildirib ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycan, Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən azərbaycanlı tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etməkdir. A.Tahirov deyib ki, təşkilat Heydər Əliyev ideyalarını təbliğ edir: “Biz çox sevinirik ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev xaricdə yaşayan gənclərə diqqət və qayğı göstərir. Forumun keçirilməsi də bu qayğının nəticəsidir”.
ASAIF-in təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Azərbaycan dövləti gənclərinin təşkilatlanmasına çox böyük töhfələrini verir: “Gənclərin xaricdə yüksək təhsil alması və təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olması kimi məsələlər Azərbaycan dövlətinin prioritet mövzusudur”.
Səfir qeyd edib ki, UAGB gənclərin savadlı və intellektli olması üçün böyük layihələr həyata keçirir.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev qurumun rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında bildirib ki, UAGB-nin sıraları genişlənir: “Müxtəlif ölkələrdə Azərbaycan gəncləri mütəşəkkil fəaliyyət göstərir, təşkilatlanır. Qərbi və Şərqi Avropada gənclər təşkilatları mövcuddur. Sevindirici haldır ki, Ukraynada aktiv fəaliyyət göstərən gənclər təşkilatları var”.
Forumda Odessa merinin birinci müavini, Odessa gənclər və idman nazirinin müavini, Azərbaycan parlamentinin deputatları da iştirak edir.
Qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (