Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində Xocalı qurbanları anılıb - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində Xocalı qurbanları anılıb - <span style="color: red;">FOTO
# 25 fevral 2014 20:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilən tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin Gürcüstan nümayəndəliyindən bildirilib. Tədbirdən öncə Poniçala məscidinin axundu Hacı Rahid Kərimov Xocalı qurbanlarının ruhuna Quran ayələrindən parçalar oxuyub, dualar edib.

 

Sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verən Xocalı soyqırımı ilə bağlı tarixi faktları açıqlayıb və bu faciənin Azərbaycanın müstəqilliyi dövründə ən ağrılı günlərdən biri olduğunu bildirib: “XX əsrdə bəşəriyyət aləmində heç bir dövlətdə belə faciə yaşanmayıb. Biz dünyanın harasında yaşamağımızdan, millətindən və dinindən asılı olmayaraq Xocalı soyqırımını bütün insanlara geniş təbliğ etməliyik. Biz Azərbaycan xalqının başına gətirilən bu vandalizmi, faciəni olduğu kimi dünya ictimaiyyətinə çatdıra bilsək, bu zaman faciə qurbanları qarşısında öz müqəddəs borcumuzu yerinə yetirmiş olarıq. Bu qan yerdə qalmayacaq. Azərbaycan xalqı bu faciənin qisasını alacaq və ədalət mütləq qələbə çalacaq”, deyə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib.

 

Tədbirdə QMİ Gürcüstan  nümayəndəliyinin rəhbərinin müavini Ayvaz Mərdanov çıxış edərək dindarlar adından Xocalı soyqırımını törədənləri pisləyib: “Azərbaycan xalqı bu qanlı faciəni heç zaman unutmayacaq və qan yaddaşımıza yazılan bu tarix vasitəsilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılacaq və öz həqiqi qiymətini alacaq”.

 

Xocalı soyqırımına həsr olunan tədbirdə dünya dini idarələrinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət qəbul olunub.

 

Tədbirdə Tiflis və onun ətraf rayonlarında yaşayan və dini fəaliyyətlə məşğul olan ruhanilər, din adamları iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR