Bank Of Baku

Qardabanidə azərbaycanlı ailənin evinə silahlı basqın olub

Qardabanidə azərbaycanlı ailənin evinə silahlı basqın olub
# 29 dekabr 2012 12:34 (UTC +04:00)

Hadisə dekabrın 29-da gecə saat 03 radələrində baş verib. Kənd sakinlərinin APA-ya verdiyi məlumatına görə, avtomatla silahlanmış naməlum şəxslər evin qapısını sındıraraq evə daxil olublar. Onlar yuxuda olan ailə üzvlərini oyadıblar. Oğrular Yasin Məmmədovun, onun həyat yoldaşı Səadət və 20 yaşlı oğlu Babək Məmmədovun əl-ayaqlarını və ağızlarını bağladıqdan sonra onlara fiziki işgəncələr verərək pul və qızıl-zinət əşyaları tələb ediblər. Ailə xeyir iş üçün hazırladığı 15 min lariyə qədər pul və qızıl-zinət əşyalarını quldurlara verməyə məcbur olub. Lakin ailənin qonşusu Teymur Məmmədovun sayıqlığı nəticəsində canilər uzağa gedə bilməyib.

 

Qardabani Polis İdarəsinin təşkil etdiyi operativ qrup dəstə üzvlərini qısa müddət ərzində yaxalayıb. Fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Dəstə üzvlərinin qeyri-azərbaycanlı olduqları bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR