Bank Of Baku

Qlobal Liderlər Şurası üzvlərinin adlarını və prioritet məqsədlərini açıqlanıb

Qlobal Liderlər Şurası üzvlərinin adlarını və prioritet məqsədlərini açıqlanıb
# 23 aprel 2013 11:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Sülh Mədəniyyəti Fondu, Xarici Əlaqələr Şurası və dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə təsis olunmuş Qlobal Liderlər Şurası üzvlərinin adlarını və prioritet məqsədlərini açıqlayıb. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Şuranın üzvləri Latviyanın sabiq Prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq Prezidenti Tarja Halonen, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT Baş Katibinin müşaviti Nafis Sadik, Əlahəzrət Kraliça Nur, Əlahəzrət Şeyxa Hissah bint Saad Al-Sabah və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

 

Qlobal Liderlər Şurasının əsas məqsədləri sırasına sülh, təhsil, insan hüquqları, milli və beynəlxalq səviyyədə demokratiya və qarşılıqlı anlaşmanın təşviqi; ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə; beynəlxalq təşkilatlar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi daxildir. Bundan başqa, cəmiyyətin bütün sahələrində demokratik prinsip və təcrübələrin təbliği; dialoq, tolerantlıq və anlaşma əsasında birgə yaşama formaları, habelə təzyiq və zorakılığın bütün formalarının rədd edilməsi, resursların ədalətli bölgüsü, informasiya və bilik mübadiləsini də Şura prioritet məqsədləri elan edib.  Alyansın ilk toplantısı mayın 7-8-də Bakı şəhərində keçiriləcək. Mərkəz rolunda isə Vaşınqton, Genevrə, İsgəndəriyyə və Bakı şəhərləri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR