Bank Of Baku

Ramiz Mehdiyev “Milyarderlər İttifaqı”na münasibətinin mənfi olduğunu açıqlayıb

Ramiz Mehdiyev “Milyarderlər İttifaqı”na münasibətinin mənfi olduğunu açıqlayıb
# 03 dekabr 2012 09:54 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov - APA. ““Milyarderlər İttifaqı” adlı qurumun Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur. Rusiyanın regionlarındakı diaspor qurumları da bu təşkilatı tanımır və əhəmiyyət vermirlər”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

 

R. Mehdiyev bildirib ki, təşkilatla bağlı ümumi maraqlardan kənar məsələlər müzakirə olunur: “Həmin insanlar şəxsi maraq və məqsədlərini güdmək məqsədilə belə bir təşkilat yaradıblar. Onlarla bağlı fikrim çox mənfidir. Təşkilatçıların biri ilə bu qurum yaranmazdan əvvəl söhbətim olub. Mən onlara fikrimin mənfi olduğunu çatdırmışam. Bunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirirəm. Ona görə də bu təşkilatın heç bir əhəmiyyət yoxdur. Sadəcə, onlar öz məqsədlərini güdürlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR