Bank Of Baku

Rövnəq Abdullayev Borçalıda yaşayan azərbaycanlılarla görüşüb - FOTOSESSİYA

Rövnəq Abdullayev  Borçalıda yaşayan azərbaycanlılarla görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2013 07:14 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev martın 11-də Marneulidə azərbaycanlılarla görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, ziyalılar, iş adamları, KİV və QHT rəhbərləri iştirak ediblər.

 

R. Abdullayev çıxışında Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində infrastrukturun inkişafına çalışdıqlarını bildirib: “Azərbaycandakı nazirliklər və bir sıra idarələr bu regionun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu gün məqsədimiz sizinlə görüşüb problemlərinizlə tanış olmaq və onların həlli yollarını təşkil etməkdir. Sizi əmin edirəm ki, sizi narahat edən hər bir problem həll olunacaq və yaşayışınızın yaxşılaşdırılması üçün lazımi işlər görüləcək”.

 

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də çıxışında Azərbaycan hökumətinin, xüsusilə də ARDNŞ-in Gürcüstandakı soydaşlarımızın problemlərinin həlli üçün fəal çalışdıqlarını söyləyib.

 

Sonra görüş dialoq şəkilində davam edib. ARDNŞ prezidenti dövlət dili olan gürcü dilinin öyrənilməsinin vacibliyini bildirib: “Gənclərimiz bu dili öyrənməli, gələcəkdə Gürcüstanın dövlət strukturlarında çalışmalıdır. Bu gün mən Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə bu mövzuda söhbət etdim. O, söz verdi ki, azərbaycanlılar müxtəlif vəzifələrə təyin olunacaqlar. İki dil bilmək iki insan olmaq deməkdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR