Dağıstan. Telman Tahirli-APA. Bu gün Dərbənddə Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos” üzvlərinin toplantısı keçirilib. APA-nın Dağıstan müxbirinin verdiyi məlumata görə, toplantıda Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yerli şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
Qeyd edək ki, bu ilin sentyabrında RATİ-nin təsis olunduğu elan edilib. Qurumun təsisçiləri Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasov, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzərRos”un prezidenti Söyün Sadıxov, Rusiya Notariat Kontorları Gildiyasının prezidenti Natiq Ağamirov, kinorejissor Rüstəm İbrahimbəyov, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, “Crocus” holdinqin rəhbəri Araz Ağalarov, “AST” holdinqin həmsahibi Telman İsmayılov, iş adamı İsgəndər Xəlilov və Dövlət Dumasının deputatı Ramazan Abdulatipovdur.