Bank Of Baku

Rusiya paytaxtında “Moskva-Bakı” Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTOSESSİYA

Rusiya paytaxtında “Moskva-Bakı” Azərbaycan mədəniyyət gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 dekabr 2012 09:13 (UTC +04:00)

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Avropa” sarayında keçirilən tədbir Moskva regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkilatçılığı ilə keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ÜAK və Moskva hökumətinə təşəkkürünü bildirib. Səfir tədbirin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və qarşıdan gələn Yeni İlə həsr olunduğunu söyləyib.

 

Moskva regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamentinin sədri Yuri Artyux çıxışında Moskva meri Sergey Sobyaninin adından mərasim iştirakçılarını təbrik edib.

 

ÜAK icra aparatının rəhbəri Nemət Nağdəliyev tədbirin keçirilməsində verdiyi dəstəyə görə, Azərbaycanın Rusiyadakı səfirliyinə və Moskva  regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamentinə təşəkkürünü bildirib.

 

Gecədə Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən diaspor fəallarının mükafatlandırma mərasimi də keçirilib. Mükafat alanlar arasında Rusiya Moskva Dövlət Humanitar İqtisad İnstitutunun rektoru Vaqif Bayramov, “Azərtac” Dövlət Teleqraf Agentliyinin xüsusi müxbiri Asya Hacızadə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, keçmiş diplomat Ramiz Abutalıbov və Rusiyada fəaliyyət göstərən iş adamları olub.

 

Daha sonra gecədə konsert proqramı təşkil olunub. “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, əməkdar artist Tünzalə Ağayevə və “Cəngi” rəqs qrupu musiqi nömrələri ilə çıxış ediblər. 

 

Gecədə Rusiya ictimaiyyətinin nümayəndələri, universitet rektorları, siyasətçilər və azərbaycanlı ziyalılar iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR