Bank Of Baku

Rusiyanın Ural Federal Universitetində Azərbaycan Araşdırmaları Mərkəzi açılacaq

Rusiyanın Ural  Federal Universitetində Azərbaycan Araşdırmaları Mərkəzi açılacaq
# 26 dekabr 2012 14:13 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Yaxın gələcəkdə Rusiyanın Ural Federal Universitetində Azərbaycan Araşdırmaları (“Azərbaycanşünaslıq”) Mərkəzi açılacaq. Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Rusiyanın ilk prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin rektoru Viktor Anatoliyeviç Kokşarov cari il müddətində BSU-da qonağı olduğu zaman BSU ilə Ural Federal Universiteti arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanın. Bu müqaviləyə əsasən iki universitet arasında tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik vəsaitlərin hazırlanması  barədə razılaşma əldə edilin. Artıq müqaviləyə əsasən  ilk addım atılıb və bu gün BSU ilə Ural Federal Universiteti arasında UFU-da Azərbaycan Araşdırmaları (“Azərbaycanşünaslıq”) Mərkəzinin  yaradılması barədə mühüm razılaşma əldə edilib. Sazişə əsasən, BSU Azərbaycanşünaslığın inkişafı, Azərbaycan dili və mədəniyyətinin tədrisi, tədqiq və təbliği məqsədilə yaradılacaq mərkəzin Azərbaycan ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla təmin edilməsi, müasir texniki avadanlığın quraşdırılması, xüsusi kitabxana fondunun yaradılması, xalqımızın mədəniyyətini və tarixini, zəngin milli adət və ənənələrini əks etdirən eksponatların yerləşdirilməsi ilə bağlı işləri, eləcə də UFU-nu Azərbaycan dili və ədəbiyyatını, tarixi və mədəniyyətini tədris edən pedaqoji kadrlarla təmin etməyi öz öhdəsinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR