Bank Of Baku

Sloveniya və Albaniyanın sabiq prezidentləri Bakıya gəlir

Sloveniya və Albaniyanın sabiq prezidentləri Bakıya gəlir
# 19 aprel 2013 14:36 (UTC +04:00)

Bakı – APA. Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunun işində Sloveniya və Albaniyanın sabiq prezidentləri Milan Kuçan və Recep Meydani də iştirak edəcəklər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Sloveniyanın ilk prezidenti olan Milan Kuçan 1991-2002-ci illərdə ölkəsinə rəhbərlik edib. Fizika üzrə alim olan Recep Meydani isə 1997-2002-ci illərdə Albaniyanın prezidenti olub.

 

Hər iki sabiq dövlət başçısı Cənubi Qafqaz Forumun təşkilatçılarından olan Madrid Klubunun üzvüdür.

 

Cənubi Qafqaz Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfində təşkil olunur. Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, “Foundation for Peace”, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR