Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın mədəniyyət naziri Tiflis Dövlət Azərbaycan Dram Teatrının binasında təmir-bərpa işləri aparmaq üçün hökumətə müraciət edəcək. Bunu APA-ya açıqlamasında Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya deyib. O, bu barədə nazirlikdə müzakirə apardıqdan sonra müvafiq təkliflə hökumətə müraciət edəcəyini söyləyib.
Xatırladaq ki, bu günlərdə Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistanın Gürcüstandakı səfiri ilə görüşündə Tiflisdəki erməni teatrını bərpa etməyə söz verib.