APA-nın məlumatına görə, Turan Yazqan bu gün səhər uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib.
Qeyd edək ki, 1938-ci ildə İspartada dünyaya gələn Turan Yazqan türk dünyasının tanınmış simalarındandır. T.Yazqan 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri olub. Türkiyədə və Türk dünyasındakı xidmətlərinə görə 200-dən çox mükafata layiq görülən Turan Yazqan həmçinin bir sıra tanınmış universitetlərin fəxri doktoru adına layiq görülüb. Mərhum 3 oğul atası idi.
Turan Yazqanın dəfn mərasimi noyabrın 24-də keçiriləcək. Fatih məscidində qılınacaq günorta namazından sonra mərhum İstanbuldakı Kozlu məzarlığında torpağa tapşırılacaq.