APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
O qeyd edib ki, bununla bağlı Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına təklif göndərilib: “Bu ideyanın müsbət qarşılanacağına əminik. Ona görə də Forumun bu il ərzində Bakıda keçirilməsini nəzərdə tutmuşuq”. N. İbrahimov bildirib ki, həmin tədbirdə gələcəkdə türkdilli dövlətlərin diasporunun strategiyasını hazırlayıb ortaya qoymaq nəzərdə tutulur.