Bank Of Baku

Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb - FOTOSESSİYA

Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2013 09:31 (UTC +04:00)

Bakı – APA. Mayın 14-də Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II toplantısı keçirilib. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev təmsil edib.

 

Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, iclasda çıxış edən V. Hacıyev türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diaspor altında birləşməsinin vacibliyini vurğulayıb. O deyib ki, soydaş xalqların ortaq fəaliyyəti onların güclü addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə yer almasını təmin edəcək. V. Hacıyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakıda keçirilməsini də Azərbaycanın bu məsələni əhəmiyyətli hesab etməsi ilə əlaqələndirib.

 

Toplantıya sədrlik edən Bəkir Bozdağ da iclasın əhəmiyyətini vurğulayaraq bəyan edib ki, diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin həllində önəmli rol oynayacaq. B. Bozdağ bildirib ki, türk respublikaları öz aralarındakı əlaqələri fərqli məcraya yönəltməlidir: “Əlaqələrimizi daha məhsuldar bir mövqeyə gətirməyə qərarlıyıq. Bu səbəbdən bu addımın daha ciddi bir əhəmiyyəti olduğunu düşünürəm. Dost və qardaş ölkələrlə birlikdə atdığımız addımlarımız olduğu kimi, Türkiyə Cümhuriyyəti olaraq da atdığımız ciddi addımlarımız var. Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamenti də bu məqsədlərə xidmət edir. Qurum xaricdəki bütün soydaşlarımızla olan əlaqələrimizi daha fərqli nöqtəyə gətirmək üçün fəaliyyət göstərir. Ortaq olan mədəniyyətimizi daha da ön plana çıxardıqca aramızdakı əlaqələrin fərqli bir yöndə olacağına inanıram.  Bu istiqamətdə hər cür fəaliyyəti hökumət olaraq dəstəkləyəcəyik”.

 

Çıxışlardan sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR