Bakı. Məlahət Nəcəfova - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatları rəhbərlərinin I Forumu bu il Azərbaycanda keçiriləcək.
Diasporlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bu barədə şuraya üzv ölkələrin diaspor rəhbərliklərinin bu gün keçirilən iclasının yekununda qərara alınıb.
Yekun sənəddə göstərilir ki, tədbir həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının III Sammiti ilə əlaqədar təşkil ediləcək.
Qeyd edək ki, yekun sənəd layihəsində həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının gələcək əməkdaşlığının əsas istiqamətləri öz əksini tapıb.