Bank Of Baku

TÜRKPA baş katibi Qırğızıstana səfər edəcək

TÜRKPA baş katibi Qırğızıstana səfər edəcək
# 16 may 2013 07:07 (UTC +04:00)

Bakı – APA. TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq məqsədilə TÜRKPA baş katibi Ramil Həsənovun may 17-də Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovla görüşü nəzərdə tutulur.

 

APA-nın xəbərinə görə, görüşdə TÜRKPA-nın fəaliyyəti, beynəlxalq katiblik tərəfindən il ərzində görülmüş işlər, beynəlxalq təşkilatlar ilə qarşılıqlı əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr və gələcək planların müzakirə edilməsi planlaşdırılır.

 

Eyni zamanda iyunun 10-12-də Ankara şəhərində keçiriləcək TÜRKPA-nın dördüncü plenar sessiyasına hazırlıq prosesi ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. 

 

Səfərdə TÜRKPA baş katibini təşkilati və administrativ işlər departamentinin müdiri Ələsgər Ağayev müşayiət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR