Bakı – APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycan dilinin təbliği məqsədilə yeni layihə həyata keçirir. Təşkilatdan APA-ya verilən xəbərə görə, bu il martın 4-dən etibarən birliyin Gənclik Mərkəzində Azərbaycan dili kursları başlayıb. Qıza müddət ərzində kursa 25 nəfər yazılıb. Dinləyicilər arasında jurnalistlər, diplomatlar, gömrük işçiləri, həkimlər ARDNŞ-in işçiləri, tələbələr var.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bildirib ki, kurslarda təkcə Azərbaycan dilinin qrammatikası və leksikası yox, Azərbaycanın qədim tarixi, ənənələri, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, mətbəxi ilə əlaqəli geniş spektrli kulturoloji faktlar öyrədiləcək. Kursları professor Rafiq Novruzov aparır.