Bank Of Baku

Ukrayna azərbaycanlıları BMT-in və ATƏT-in Kiyevdəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçiriblər

Ukrayna azərbaycanlıları BMT-in və ATƏT-in Kiyevdəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçiriblər
# 26 fevral 2013 01:14 (UTC +04:00)

Bakı-APA. Kiyev şəhərinin mərkəzindən BMT-in və ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısına yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları aradan 21 il ötməsinə baxmayaraq ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər. APA-nın məlumatına görə, etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı faciəsini insanlığa qarşı bəşəri cinayət adlandıraraq dünya birliyini belə bir soyqrım aktına  qiymət verməkdə cəsarətli addım atmağa çağırıblar. Etiraz aksiyasında ATƏT-in və BMT-in Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək erməni işğalına və təcavüzünə göz yummalarını tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Sözügedən beynəlxalq qurumları Dağlıq Qarabağ məsələsinə ikili standartlar prizmasından yanaşmalarına son qoymalarını tələb ediblər.

 

2 saat davam edən etiraz aksiyasında BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birgə hazırladıqları qətnamə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR