Bank Of Baku

Ukraynada azərbaycanlı iş adamı İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə yanvarın 31-də davam etdiriləcək

Ukraynada azərbaycanlı iş adamı İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə yanvarın 31-də davam etdiriləcək
# 24 yanvar 2013 08:45 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətli ilə bağlı təxirə salınan məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA-nın məlumatına görə, Makeyevka şəhərinin Qornyatskiy rayon məhkəməsində keçirilən prosesdə tərcüməçinin və təqsirləndirilən şəxslərin vəkillərinin məhkəmədə iştirakı, eyni zamanda prosesin açıq keçirilməsi barədə qərar qəbul olunub.

 

Məhkəmə istintaqı başlamadığına görə təqsirləndirilən şəxslər və şahidlər ifadələr verməyiblər. Növbəti məhkəmə iclası yanvarın 31-də keçiriləcək. Məhkəmə iclasından əvvəl isə İ.Mahmudovun qohumları, UAK üzvləri və təqsirləndirilən şəxslərin tərəfdaşları arasında qarşıdurma yaranıb. İ.Mahmudovun tərəfdarları yenidən məhkəmənin ədalətli keçməsini tələb ediblər. Daha sonra məhkəmə binasının qarşısına təqsirləndirilən şəxsləri dəstəkləyən, üzərində “Mahmudovlar fırıldaqçıdırlar, bizim pullarımızı qaytarın” yazılan qəhvəyi rəngli gödəkcə geyinmiş şübhəli şəxslər yaxınlaşıblar. Mahmudovlar ailəsinin vəkili Aleksey Kovalenkonun sözlərinə görə, bu şübhəli şəxslərin məhkəməyə gəlməsi İ.Mahmudovun qətlinin sifarişli olduğunu göstərir: “Baxmayaraq ki, cinayət işi qəsdən adam öldürmə maddəsi üzrə qaldırılıb, bəziləri İqbal Mahmudovun qatillərinə bəraət qazandırmaq istəyir”.

 

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun qətlə yetirilməsində 4 nəfər - Əhmədov Zahid Şıxılı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 və 263-cü maddələri üzrə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR