Bank Of Baku

Ukraynada azərbaycanlıların da təmsil olunduğu millətlər ittifaqı yaradılır

Ukraynada azərbaycanlıların da təmsil olunduğu millətlər ittifaqı yaradılır
# 07 noyabr 2013 15:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynada ilk dəfə olaraq Ukrayna Millətlər Assambleyası (UMA) yaradılıb. Assambleyadan verilən məlumata görə, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və digər ölkədə yaşayana etnik xalqların cəmiyyətləri də daxil olmaqla 50 milli cəmiyyət birləşir.

 

Noyabrın 15 - də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Millətlər Assambelyasının təqdimatı və fəaliyyətə başlaması ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Ukrayna Prezident Administrasiyasının rəsmiləri, Ali Radanın deputatları, Ukrayna Xarici İşlər, Mədəniyyət nazirliyinin, Turizm və Gənclər nazirliklərinin rəsmiləri, ABŞ konqresmenləri, BMT-nin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Ukraynada fəaliyyət göstərən 25 müxtəlif ölkənin səfirləri, tanınmış ictimai və elm xadimləri, siyasi icmalçılar, Ukraynada yaşayan müxtəlif millətlərin nümayəndələri, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.

Təqdimatda Ukrayna Millətlər Assambleyasına sədrinin, idarə heyətinin təsdiq olunması, fəaliyyətinin əsas istiqamətlər haqqında qərarlar qəbul olunacaq. Ukraynada millətlərarası münasibətlərlə bağlı etnosiyasi sahədə fikir mübadiləsi aparılacaq, konsepsiyalar müəyyən olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR