Bank Of Baku

Ukraynada iki tanınmış azərbaycanlı fəaliyyətlərinə görə ali dövlət mükafatına layiq görülüblər

Ukraynada iki tanınmış azərbaycanlı fəaliyyətlərinə görə ali dövlət mükafatına layiq görülüblər
# 02 yanvar 2014 18:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanin Dnepropetrovsk Vilayət Deputatlar Şurası (parlament) 2013-cü ildə vilayətin ictimai, siyasi sosial, iqtisadi və elmi-mədəni həyatında fərqlənən insanları ali dövlət orden və medalla təltif edib. Şuradan APA - ya verilən məlumata görə, bununla bağlı keçirilən təqdimat mərasimində Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Yevgeni Udod çıxış edərək, Ukraynanın ən inkişaf etmiş sənaye bölgələrindən olan Dnepropetrovsk Vilayətində sosial, iqtisadi ,elmi, mədəni islahatların uğurla həyata keçirilməsində misilsiz xidmətləri olan şəxslərə minnətdarlığını bildirib.

 

Bir sıra elm və mədəniyyət xadimlərinə, dövlət və hökumət rəsmilərinə, o cümlədən, iş adamlarına və ictimai təşkilatların rəhbərlərinə Dnepropetrovsk Vilayət Deputatlar Şurasının təsis etdiyi ən yüksək orden və medalları təqdim edib. Təltif olunanlar arasında Dnepropetrovsk Vilayətinin deputatı, tanınmış azərbaycanlı iş adamı Fəxrəddin Muxtarov vilayətin sosial iqtisadi həyatındakı xidmətlərinə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə səmərəli ictimai fəaliyyətinə və Azərbaycanla Ukrayna arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə ən yüksək orden və medala layiq görülüblər.

 

Mərasimdə iştirak edən Dnepropetrovsk Vilayətinin qubernatoru Dmitri Kolesnikov Fəxrəddin Muxtarovu ilin ən fəal deputatı kimi təbrik edərək, onu vilayət administrasiyası adından fəxri diplom və saat hədiyyəsi ilə mükafatlandırıb. F.Muxtarov və R.Tağıyev Azərbaycan və Ukrayna xalqlarının tarixi dostluq əlaqələrinin durmadan inkişaf etdirlməsinin fərəhləndirici hal olmasından danışıblar. İlin adamı nominasiyasına layiq görüldüklərinə görə Dnepropetrovsk Vilayətinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Fəxrəddin Muxtarov və Rövşən Tağıyev iş adamları olaraq bundan sonrada vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edəcəklərini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR