Bank Of Baku

Ukraynada Xolokost qurbanlarının Beynəlxalq Anım Günü çərçivəsində Xocalı soyqırımının qurbanları yad edilib

Ukraynada Xolokost qurbanlarının Beynəlxalq Anım Günü çərçivəsində Xocalı soyqırımının qurbanları yad edilib
# 28 yanvar 2013 12:54 (UTC +04:00)

 

Bakı. Mübariz Aslanov-APA. Kiyevdə Xolokost qurbanlarının Beynəlxalq Anım Günü çərçivəsində Azərbaycanda 1992-ci ildə Xocalı soyqırımında həlak olanların xatirəsi anılıb. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) APA-ya verilən məlumata görə, anım tədbirində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xolokost hadisəsinin böyük faciə olduğunu bildirərək qeyd edib ki, Azərbaycan xalqı da ötən əsr ərzində bir çox soyqırımı aktları ilə üz-üzə qalıb.

 

O bildirib ki, yaddaşlara Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələnib. Tədbirdə çıxış edən UAK sədri Rövşən Tağıyev isə vurğulayıb ki, gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır. Tədbirdə İsrailin Ukraynakı səfiri çıxış edərək faşizm əməllərinin bir də gələcəkdə təkrar olmamasının vacibliyini vurğulayıb. Soyqırım qurbanları ilə bağlı həmçinin tədbirdə iştirak edən Rumıniyanın, Macarıstanın, Almaniyanın, Fransanın, Rusiyanın, ABŞ-ın diplomatik missiyalarının nümayəndələri də fikirlərini bölüşüblər.

 

Tədbir Xolokost və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş musiqi nömrələri ilə yekunlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR