İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin və Roma Klubunun koordinatorunun da bu günlərdə Bakıya gəlişi gözlənilir. Məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə 2013-2014-cü il üzrə fəaliyyət proqramının müəyyənləşdirilməsidir. Qonaqlar bu məsələləri müzakirə etmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşəcək. Səfər çərçivəsində həmçinin Dövlət Komitəsi ilə İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq memorandumunun imzalanması və Kitabxanada Nizami Gəncəvinin büstünün açılması məsələləri də müzakirə olunacaq.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin Bakıya səfəri müddətində onun Nizami Gəncəvi haqqında “Böyük dahinin poeziyası” (“The Poetry of the Magnificent Sage“) adlı kitabının təqdimatı da nəzərdə tutulub.