Bank Of Baku

Vaşinqtonda Azərbaycan icmasının fəalları etiraz mitinqi keçirəcəklər

Vaşinqtonda Azərbaycan icmasının fəalları etiraz mitinqi keçirəcəklər
# 11 mart 2013 18:53 (UTC +04:00)

Vaşinqton. N.Kazımova-APA. Martın 13-də Vaşinqtonda Azərbaycan icmasının fəalları erməni təşkilatları və ermənipərəst konqresmenlərin Konqres binalarından birində «Dağlıq Qarabağın azadlığı uğrunda mübarizənin başlanmasının 25 illiyi» tədbirinə qarşı etiraz mitinqi keçirəcəklər. Mitinqə Nyu-Yorkdakı azərbaycanlıların, o cümlədən Azərbaycan-Amerika cəmiyyətinin prezidenti Tomris Azərinin qatılması gözlənilir.

 

APA-nın Vaşinqton müxbirinin məlumatına əsasən, ermənilərin tədbirində Ermənistanın ABŞ-dakı səfirliyinin, qondarma «DQR-in nümayəndəliyinin» üzvləri iştirak edəcəklər, «DQR gənclər naziri» isə müraciətlə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR