“Formula-1” üzrə dünya çempionatının Braziliya Qran-Prisi tamaşaçılar önündə keçiriləcək.
Apasport.az saytının məlumatına görə, yarışın promouteri Tamas Roxoni koronavirus pandemiyasına baxmayaraq, tribunların tamaşaçıların üzünə açıq olacağını açıqlayıb.
O bildirib ki, noyabrın 13-15-də keçirilməsi planlaşdırılan mərhələyə hazırlıq işləri aparılır. Bilet satışı isə yarışın tarixinin Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən təsdiqlənməsindən sonra başlayacaq.
Qeyd edək ki, “Formula-1” üzrə dünya çempionatının cari mövsümü hələ start götürməyib. Niderland, Avstraliya, Monako və Fransa Qran-Priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən müddətə təxirə salınıb.