Bank Of Baku

Luis Hamilton mövsümdə ardıcıl 3-cü mərhələdə qalib olub

Luis Hamilton mövsümdə ardıcıl 3-cü mərhələdə qalib olub
# 02 avqust 2020 22:08 (UTC +04:00)

“Formula-1” üzrə dünya çempionatının 4-cü mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Böyük Britaniya Qran-Prisində Luis Hamilton qalib gəlib.

Britaniyalı pilot “Silverstoun” trasındakı yürüşü hamıdan əvvəl qət edib. Sonuncu dövrədə sol ön təkəri qopan Hamilton üçtəkərli “Mersedes”lə finiş xəttini keçib. 

Cari mövsümdə ardıcıl 3-cü mərhələdə qalib olan britaniyalı doğma divarlar arasında 7-ci dəfə finişə 1-ci çatıb. Ümumilikdə isə Hamilton 87-ci dəfə mərhələ qalibi adını qazanıb.

Qeyd edək ki, mərhələdə Maks Ferstappen (“Red Bull”) ikinci, Şarl Lekler (“Ferrari”) üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR