Atıcılıq üzrə dünya kubokunun ikinci günündə Türkiyə komandası qaliblər sırasında olub - FOTO - YENİLƏNİB

Atıcılıq üzrə dünya kubokunun ikinci günündə Türkiyə komandası qaliblər sırasında olub - FOTO  - YENİLƏNİB
# 11 may 2023 17:15 (UTC +04:00)

“Qızıl medalları yarımfinalda əldən verdik. Üçüncülük yarışına çıxanda isə bürünc medalları qazanacağımıza şübhə etmirdik. Fikrimcə, bu gün ən yaxşı komanda biz idik. “Bürünc” qazanmadıq, “qızıl”ı əldən verdik”.

APA xəbər verir ki, bunu qarışıq komandalar növündə 10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə yarışda bürünc medal qazanan Türkiyədən olan atlet İsmail Keleş bildirib.

O, final mərhələsində digər komandalarla xallarının eyni olduğunu deyib:

Bakı Atıcılıq Mərkəzi 2015-ci ildə istifadəyə verilib. O gündən bu yana hər il Bakıya gəlirəm. İl ərzində dünyanın fərqli ölkələrində azı 6-7 beynəlxalq yarışa çıxırıq. Gördüyüm poliqonların arasında ən yaxşılarından biri buradadır. Türk dilində danışmağınız bizə rahatlıq verir. Bizə etdiyiniz yaxşılıqlar qürurvericidir. İnşallah, avqustda Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanacağıq. Bu gün qazandığım medalı 4 yaşlı oğlum Kaana həsr edirəm”.

Bürünc medal qazanan Türkiyədən olan atlet Şimal Yılmaz dünya kubokunun Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu deyərək, ölkəmiz və insanlarımız haqda xoş fikirlər səsləndirib:

“Milli komandada debüt edəndə 2017-ci ildə Azərbaycandakı yarışmaya qatılmışdım. Bura gələndə özümü Türkiyədəki kimi hiss edirəm. İnsanlar cana yaxındır, bizə isti münasibət göstərirlər. Dilimizin eyni olması da işimizi asanlaşdırır. Ona görə də Azərbaycanda atəş açmaqdan qürur duyuram.

Açığı, medal qazanacağıma inanırdım. Belə bir nəticə əldə etdiyimizə görə məmnunam. Qazandığım medalı məşqçim olan atam Alper Yılmaza və Türkiyə xalqına həsr edirəm”.

***

15:29

Bu gün Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti yarışları keçirilib.

APA xəbər verir ki, qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə finala düşən iki Çin komandasından biri (Yuting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq – Aoran Yanq) gümüş medala sahib olub.

Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya komandasını təmsil edən Aneta Brabçova - Frantisek Smetana cütlüyü 17:11 hesabı ilə Macarıstan təmsilçilərini önə çıxaraq bürünc medala yiyələniblər.

Ötən il Bakıda bol medallarla yadda qalan Türkiyə komandası bu gün ilk medalını qazanıb. Qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə türkiyəli Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya komandasını 17:9 hesabı ilə önləyərək bürünc medala layiq görülüb.

Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh serbiyalı Zorana Arunoviç və Damir Mikeç duetinə 16:14 hesabı ilə qalib gələrək, yarışın qızıl medalçısı olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR