Avropa Oyunları gündəliyi: Daha 4 növdə yarışlara start verilir

Avropa Oyunları gündəliyi: Daha 4 növdə yarışlara start verilir
# 23 iyun 2023 08:37 (UTC +04:00)

Polşada keçirilən Krakov-2023 III Avropa Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, iyunun 23-də 36 medal dəsti sahibini tapacaq.

Bu gün taekvondo, boks, stolüstü tennis və kamandan oxatma yarışlarında mübarizəyə start veriləcək. Daha əvvəl başlayan atıcılıq, atletika, qayayadırmanma, padel, sprint-kanoe, basketbol 3x3, suyatullanma və sinxron üzgüçülükdə yarışlar davam edəcək.
Karatedə isə mübarizə yekunlaşacaq.

Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo, karate və kamandan oxatmada qüvvəsini sınayacaq.

Boks
15:00-23:15. Kişilər, 57 kq, 1/16 final
Ümid Rüstəmov - Ronald Veres (Macarıstan)
Kişilər, 63,5 kq, 1/16 final
Malik Həsənov - Bartlomey Roskoviç (Polşa)

Taekvondo
Kişilər, 54 kq, 1/8 final
12:00. Səyyad Dadaşov - Xalid Abdel Halim (Almaniya)
Qadınlar, 46 kq, 1/8 final
13:00. Minayə Əkbərova - Sofiya Zampetti (İtaliya)
Qadınlar, 49 kq, 1/8 final
13:00. Patimat Abakarova - Sufarada Kisskalt (Almaniya)
13:12. Kişilər, 58 kq, 1/8 final
Qaşım Maqomedov - Aymen Açnineni (Niderland)

Karate
11:00. Kişilər, kata,
11:00. Qadınlar, 68 kq, B qrupu
İrina Zaretska – Qalina Malnik (Ukrayna)
İrina Zaretska – Anita Makiyan (Ermənistan)
İrina Zaretska – İzabel Nyeto (İspaniya)
11:00. Kişiər, 75 kq, B qrupu
Fərid Ağayev – Andriy Zaplıtnı (Ukrayna)
Fərid Ağayev – Daniele Devivo (İtaliya)
Fərid Ağayev – Migel Qonsalveş (Portuqaliya)
11:00. Qadınlar, 68 kq, A qrupu
Fəridə Əliyeva – Mariya Torres (İspaniya)
Fəridə Əliyeva – Krio Ferracutti (İtaliya)
Fəridə Əliyeva – Lusiya Lesyak (Xorvatiya)
11:00. Kişilər, 84 kq, B qrupu
Asiman Qurbanlı – Babakar Sek (İspaniya)
Asiman Qurbanlı – Boqita Arkana (Gürcüstan)
Asiman Qurbanlı – Aness Bostanziç (Bosniya və Herseqovina)

Kamandan oxatma
15:00. Qadınlar, fərdi yarışlar
Yaylagül Ramazanova

Atıcılıq
10:45. Tapança, 10 m, qarışıq komanda yarışı
Azərbaycan yığması (Ruslan Lunyov, Nigar Nəsirova)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR