Avropa Oyunları gündəliyi: Mübarizə başlayır

Avropa Oyunları gündəliyi: Mübarizə başlayır
# 20 iyun 2023 10:00 (UTC +04:00)

Rəsmi açılış mərasimi sabah baş tutacaq Krakov-2023 III Avropa Oyunlarında yarışlara bu gün start veriləcək.

Apasport.az saytının məlumatına görə, çimərlik həndbolu və atletikada mübarizə aparan idmançılar qüvvəsini sınayacaq.

Həm kişi, həm qadın həndbolçular qrup mərhələsinin matçlarını keçirəcək. Atletikada isə komandalararası Avropa çempionatının III və II divizionunun təmsilçiləri Xojuvun “Silesian” stadionuna çıxacaq.

Azərbaycan yığmasının Krakov-2023-dəki ilk təmsilçiləri də bu gün mübarizə aparacaq. Atletlərimiz III divizion yığmalarının iştirak etdiyi səhər sessiyasında (12:00-15:00) yarışacaq.

12:05. Qadınlar, 400 m
Lamiyə Vəliyeva

12:25. Kişilər, üçtəkanla tullanma
Aleksis Kopello

12:35. Kişilər, 400 m
Cavid Məmmədov

12:55. Qadınlar, 5000 m
Anna Yusupova

13:28. Kişilər, 800 m
Elman Abışov

14:15. Qadınlar, çəkicatma
Anna Skidan

14:30. Qadınlar, 100 m
İlahə Quliyeva

14:50. Kişilər, 100 m
Aleksey Əliəkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR