Bank Of Baku

Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub

Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub
# 20 oktyabr 2019 21:14 (UTC +04:00)

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən "International Series" kateqoriyalı "Egypt International 2019" turnirinin qalibi olub. 

APA-nın məlumatına görə, idmançı reytinq fovariti olduğu yarışın finalında çexiyalı Milan Ludikini məğlub edib. 

Təmsilçimiz həlledici görüşdə 2:0 (21:17, 21:12) hesabı ilə qalib gələrək, turnirinin qızıl medalını qazanıb. O, bununla aktivinə 2,500 reytinq xalı yazdırıb.

Turnirə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə İrlandiya badmintonçusu Conatan Dolana 0:2 (17:21, 16:21) hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR