Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb

Azərbaycan əsilli gimnast Britaniyaya medal qazandırıb
# 04 noyabr 2022 04:31 (UTC +04:00)

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli gimnast Cesika Qədirova Gimnastika üzrə Liverpulda keçirilən Dünya Çempionatında çoxnövçülükdə bürünc medal qazanıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu britaniyalı qadın gimnastın Dünya Çempionatında qazandığı ilk fərdi çoxnövçülük medalı olub. Bununla da 18 yaşlı Cesika Britaniya tarixində bir ilkə imza atıb.

Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR