Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda qalib olub

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda qalib olub
# 21 iyun 2023 10:43 (UTC +04:00)

İyunun 16-18-də Fransanın Jardin şəhərində CDİ3 kateqoriyalı atçılıq idmanının dresaj növü üzrə beynəlxalq yarış keçirilib.

Atçılıq Federasiyasından APA-ya verilən xəbərə görə, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Hollandiya kimi 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyovalar təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Gərgin keçən mübarizədə Aqata Zəhrabəyova üç yarışda 70%-dən çox xal toplayaraq ilk üçlükdə qalmağı bacarıb, Karina Zəhrabəyova isə həftəyə 74%-dən çox xalla yekun vuraraq Junior Freestyle yarışının qalibi olub.

Tədbirin sonunda qaliblər pul mükafatı, medal və kuboklarla təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR