Azərbaycan poloçuları finala yüksəliblər - FOTO

Azərbaycan poloçuları finala yüksəliblər - FOTO
# 10 sentyabr 2023 11:00 (UTC +04:00)

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

APA-nın xəbərinə görə, sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşmış və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacarıb.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçirib.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabıyla ispanlar qalib olublar.

Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq çempionatın final oyunu 10 sentyabr tarixində keçiriləcək.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR