Bank Of Baku

Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 12 iyun 2022 09:41 (UTC +04:00)

Xəbərə video əlavə olunub.

***

09:11

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

APA xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokun ((pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku)üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR