Bank Of Baku

Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb - FOTOLENT

Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb - FOTOLENT
# 12 iyun 2022 16:51 (UTC +04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisində mükafatlandırma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, mövsümün 8-ci mərhələsinin qalibləri mükafatlandırılıb.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq ölkələrinin dövlət himnləri səsləndirilib.

Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Ferstappen (“Red Bull”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. İkinci olan onun komanda yoldaşı Serxio Peres və finişə üçüncü çatan Corc Rassell (“Mercedes”) də kubokla mükafatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR