Azərbaycanın dünya ölkələrinin qlobal idman reytinqində mövqeyi açıqlanıb

Azərbaycanın dünya ölkələrinin qlobal idman reytinqində mövqeyi açıqlanıb
# 29 aprel 2023 15:05 (UTC +04:00)

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 70 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 58-cisidir. Azərbaycanın hesabında 11 xal var.

Bunun hamısı qadın boksçuların hesabındadır. Elə bu səbəbdən ölkəmiz qadınların reytinqində 45-cidirsə, kişilərin cədvəlindən kənardadır.

Azərbaycan Avropada 31-ci yerdədir. Boks üzrə sıralamada isə idmançılarımız 21-cidir.

Qeyd edək ki, reytinqə 1111 xala malik Norveç başçılıq edir. Almaniya 835 xalla ikinci, 685 xala malik ABŞ üçüncüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR