Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar

Azərbaycanın güləşçisiləri tam tərkibdə "Paris-2024"ə lisenziya qazanıblar
# 07 aprel 2024 20:30 (UTC +04:00)

Azərbaycanın sərbəst güləşçisiləri tam heyətlə (bütün çəki dərəcələrində) "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.

APA xəbər verir ki, Azərbaycan millisinin idmançıları bu uğura Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə, Georgi Meşvildişvilinin (125 kq) qələbəsi sayəsində imza atıb.

31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.

Xatırladaq ki, bu gün bu gün ilk olaraq Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və son olaraq Georgi Meşvildişvilinin (125 kq) qələbəsi ilə Azərbaycan güləşçiləri Fransa paytaxtında bütün çəki dərəcələrində mübarizə aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR