Bank Of Baku

Azərbaycanın qlobal idman reytinqində yeri açıqlanıb

Azərbaycanın qlobal idman reytinqində yeri açıqlanıb
# 03 iyul 2023 17:15 (UTC +04:00)

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 85 ölkənin idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 39-cusudur. Azərbaycanın hesabında 79 xal var. Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 21 pilləlik sıçrayışa imza atıb.

Toplanan xallar iki idman növündə qeydə alınıb. Boksçular 52, cüdoçular 27 xal yığıb.

Bu xallardan 68-i kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 32-cidir. 11 xala malik qadınlar 53-cü yerdə qərarlaşıb. Azərbaycan Avropada 22-ci yerdədir.

Qeyd edək ki, reytinqə 1187 xala malik Norveç başçılıq edir. ABŞ 1185 xalla ikinci, 1022 xala malik Fransa üçüncüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR