“Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib

“Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin  tabeliyinə verilib
# 07 noyabr 2023 18:36 (UTC +04:00)

“Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

“Bakı Kristal Zalı” MMC Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəku qurum qismində təsərrüfathesablı qurum olacaq. İqtisadiyyat Nazirliyi və Gənclər və İdman Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll
etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR