Bank Of Baku

Bakı Şəhər Halqası mövsümün ən parlaq vizuallarını təqdim edib

Bakı Şəhər Halqası mövsümün ən parlaq vizuallarını təqdim edib
# 19 aprel 2022 17:21 (UTC +04:00)

İyun 10-12-da keçiriləcək “Formula-1” 2022 Azərbaycan Qran-prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.

Apasport.az saytının məlumatına görə, iki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən “Formula-1” yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.

Bu səbəbdən sayca altıncı olan yarışın builki şüarı “F1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.

10 iyundan etibarən 3 gün ərzində “Formula-1” pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.

Bu arada Bakı Şəhər Halqası “Formula-1” Azərbaycan Qran-prisi mövsümün ən parlaq vizuallarını təqdim edib. Bu, ilk dəfə Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR