Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
# 13 sentyabr 2022 18:56 (UTC +04:00)

Bakıda təşkil olunacaq arena polo üzrə Avropa çempionatının açılış və təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (AAF) baş katibi Bəhruz Nəbiyev, Avropa Polo Federasiyasının prezidenti, Beynəlxalq Polo Federasiyasının vitse-prezidenti Piero Dillier və digər rəsmi şəxslər iştirak edib.

Baş katib Bəhruz Nəbiyev bildirib ki, yarışda 4 komanda çıxış edəcək: "Azərbaycanla yanaşı Avstriya, İsveçrə və İspaniya Avropa çempionatına qatılır. Bütün komandalar bir-birilərinə qarşı oynayacaqlar. Toplanmış xallara əsasən yarımfinal görüşləri gerçəkləşəcək. Sentyabrın 18-də üçüncü yer uğrunda və final qarşılaşması olacaq. Hər komandanın heyətində 3 idmançı yer alacaq. Amma yığmalar müxtəlif sayda oyunçular təqdim ediblər. Millimizin heyətində azərbaycanlı idmançılarla yanaşı legionerlər də var. Heyətlə bağlı qərarı baş məşqçi verəcək. Komandamız yarışa tam olaraq hazırdır. Qaydalara əsasən, bütün iştirakçıları biz atla təmin edirik. Atlar isə ədalətli olsun püşkatma əsasında bölüşdürüləcək. 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb".

Jurnalistlərin suallarını cavablandıran federasiya qeyd edib ki, bu çempionat 2020-ci ildə 8 ölkənin iştirakı ilə baş tutmalı idi:

"Komanda sayı ilə bağlı qərarı biz yox Beynəlxalq Polo Federasiyası verir. Qurum ilk olaraq sayı 6-ya, sonra isə 4-ə endirdi. Biz belə məsələlərə müdaxilə edə bilmirik. Beynəlxalq qurumun qaydalarına əsasən yarışı təşkil etməliyik".

Son olaraq Avropa çempionatındakı komandaların təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR