Bakıda Beynəlxalq Çövkən Federasiyası təsis olunub - YENİLƏNİB - FOTOLENT

Bakıda Beynəlxalq Çövkən Federasiyası təsis olunub - YENİLƏNİB  - FOTOLENT
# 01 fevral 2024 11:10 (UTC +04:00)

Beynəlxalq Çövkən Federasiyası təsis olunub.

APA xəbər verir ki, 19 ölkədən olan nümayəndə heyətinin iştirakı ilə bu gün bu təsisat üçün Baş assambleyanın toplantısı keçirilib.

Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın iclası keçirilib.

İclasda Almaniya, Argentina, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Çexiya, Fransa, Qazaxıstan, Qırğızıstan, Malta, Macarıstan, Mərakeş, Nigeriya, Özbəkistan, Polşa, Slovakiya və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Baş Assambleyanın iclasında Federasiyanın nizamnaməsi və çövkən qaydalarına baxılıb, komitələr və regional qrupların yaradılması, iştirakçı dövlətlərdə çövkənin inkişafı ilə əlaqədar müzakirələr aparılıb.

İclasda keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə uyğun olaraq Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Maciej Michal Olbrych isə Baş katib seçilib.

Baş Assambleyanın 2 fevral tarixində keçiriləcək növbəti və yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.

***

10:48

“Azərbaycan üçün idman federasiyasının beynəlxalq formasının təsis edilməsi bir ilkdir”.

APA xəbər verir ki, bunu Atçılıq Federasiyasının Baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

"1 və 2 fevral tarixlərində bu istiqamətdə təşkil olunan Baş Assambleyada dünyanın bütün qitələrini əhatə edən 19 ölkədən nümayəndə olacaq. Bu nümayəndələrin səsi ilə əminik ki, sabah sözügedən Beynəlxalq Çövkən Federasiyasının yaranmasını elan edəcəyik", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR